Ançelottidən yeni rekord
“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni rekordlara imza atıb. Onun komandası ötən gecə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Siti”yə qalib gəlib – 3:1. İlk görüşdə də rəqibini məğlub edən (3:2) Madrid təmsilçisi 1/8 finala adlayıb.
“Mançester Siti” ilə cavab matçı Ançelottinin “Real”la çıxdığı 73-cü ÇL oyunu olub. Bu isə “kral klubu”nun tarixinin rekordudur.
Həmçinin sözügedən cavab oyunu Ançelottinin baş məşqçi kimi ÇL-də ümumilikdə 214-cü matçıdır. Mütəxəssis bu oyunlardan 123-də qalib gəlib, 47 dəfə heç-heçə edib və 44 dəfə uduzub.