Ançelotti Zidana çatdı
La Liqada 5-ci turun oyunları keçirilir. ”Real” “Real Sosyedad”ı məğlub edib.
Bu qələbə Karlo Ançelotti üçün əlamətdar olub. Belə ki, Madrid təmsilçisinin sükanı arxasında 173-cü qələbəsini qazanan mütəxəssis bu göstəricidə Zinəddin Zidana çatıb. Rekord isə Migel Munyoza məxsusdur – 357 qələbə.