Ançelotti üçün yenidən “Real” variantı
“Real”ın baş məşqçisi postuna daha bir namizəd bəlli olub. Karlo Ançelotti üçüncü dəfə komandanı çalışdıra bilər.
Hazırda Braziliya millisinin baş məşqçisi olan mütəxəssis “Los Blankos”a öz xidmətlərini təklif edib. Klub hazırda onun namizədliyini nəzərdən keçirir.
Madrid təmsilçisini Xabi Alonsonun istefasından sonra Alvaro Arbeloa çalışdırır.
Qeyd edək ki, 96 yaşlı Ançelotti Braziliya millisinə dünya çempionatında rəhbərlik edəcək və onun hazırkı müqaviləsi turnirin sonuna qədərdir.












