Ançelotti ən yaxşı seçildi
İFFHS dünyanın ən yaxşı klub məşqçilərini açıqlayıb. Qurum keçirdiyi səsvermənin nəticələri ilə ən yaxşını müəyyənləşdirib.
“Real”ın baş məşqçisi Karlo Ançelotti ilin məşqçisi seçilib. İtaliyalı mütəxəssis 245 səs toplayıb.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardioia ikinci olub. İspaniyalı 45 xal yığıb.
İlk “üçlüy”ü Valid Reqraqui qapayıb. “Vidad Kasablanka”nın çalışdırıcısı 40 xal toplayıb.