Ançelotti ən yaxşı seçildi
“Real”ın baş məşqçisi Karlo Ançelotti xüsusi mükafata layiq görülüb. O, avqustda İspaniya çempionatının ən yaxşı məşqçisi seçilib.
Bunu La Liqanın mətbuat xidməti açıqlayıb. Geridə qalan ayda 64 yaşlı mütəxəssisin rəhbərlik etdiyi madridlilər çempionatın ilk 3 turunda “Atletik” (2:0), “Almeriya” (3:1) və “Selta”ya (1:0) qalib gəlib.