Amorimin Qyokereş istəyi
“Sportinq”in futbolçusu Viktor Qyokereş “Mançester Yunayted”in maraq dairəsindədir. İngiltərə klubu isveçli hücumçunu yayda heyətində qatmaq istəyir.
Mateus Kunyanı 62,5 milyon funta transfer edən Mançester təmsilçisi diqqətini Viktora yönəldib. Artıq transferlə bağlı ilkin danışıqlar başlayıb.
Premyer Liqa klubunun baş məşqçisi Ruben Amorim “Sportinq”də Qyokereşi çalışdırıb. Onun keçidini portuqaliyalı mütəxəssis istəyir.