Amerika kubokunun rəmzi yığması açıqlandı
Amerika kubokunun rəmzi yığması bəlli olub. Bunu KONMEBOL-un mətbuat xidməti açıqlayıb.
Heyətdə çempion Argentina millisindən 5, finalçı Kolumbiyadan 2 futbolçu yer alıb:
Qapıçı: Emiliano Martinez (Argentina);
Müdafiəçilər: Alister Conson (Kanada), Kristian Romero (Argentina), Davinson Sançes (Kolumbiya), Piero İnkapi (Ekvador);
Yarımmüdafiəçilər: Rodriqo de Paul (Argentina), Manuel Uqarte (Uruqvay), Xames Rodriqes (Kolumbiya);
Hücumçular: Lionel Messi (Argentina), Lautaro Martinez (Argentina), Rafinya (Braziliya).