Alveş tələb olunan girovu ödədi

Alveş tələb olunan girovu ödədi

Dani Alveş həbsdən buraxılması üçün tələb olunan 1 milyon avroluq girovu ödəyib. Bunu Kataloniya Ali Məhkəməsinin mətbuat xidməti açıqlayıb.

İspaniya məhkəməsi tərəfindən qoyulan bu məbləği toplamaq üçün idmançıya bir neçə gün lazım olub. Artıq bu girov məhkəmənin hesabına köçürülüb. Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi 14 ay həbsdə qaldıqdan sonra yaxın müddətdə azadlığa buraxılacaq.

Qeyd edək ki, fevralın 22-də Alveş cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.03.2024

Növbəti yazı

“Atletiko”da yeni müqavilə