Alveş Braziliya millisinin tarixinə düşdü

Alveş Braziliya millisinin tarixinə düşdü

Braziliya millisi Qətərdə keçiriləcək dünya çempionatı üçün heyətini açıqlayıb. Müdafiəçi Daniel Alveş iştirak ərizəsində yer alıb.

39 yaşlı futbolçu bununla da, yığmanın tarixinə düşüb. Belə ki, o, dünya çempionatları tarixinin ən yaşlı braziliyalı oyunçusu adına yiyələnib.

İndiyədək bu uğur Calma Santosa məxsus idi. O, 37 yaşında DÇ-1966-da iştirak etmişdi.

ETOPAZ

Əvvəlki yazı

“İnter”in Şkrinyar planı

Növbəti yazı

“İnter Mayami” baş məşqçisini komandada saxladı