Alves “Barselona”nın tarixinə düşdü
Dani Alves “Barselona”ya qayıdışından sonra ilk oyununa çıxıb. Braziliyalı müdafiəçi İspaniya kubokunun “Linares”lə matçına start heyətində başlayıb.
1/16 final mərhələsinin oyununadək Alvesin Kataloniya klubundakı son görüşü təxminən 5,5 il əvvələ təsadüf edib. O, 2016-cı il mayın 22-də İspaniya kubokunun finalında “Sevilya”ya (2:0) qarşı oynayıb.
2054 gündən sonra komandada rəsmi matça çıxan Dani bununla da “Barselona”nın tarixinə ən yaşlı futbolçu kimi düşüb. 38 yaş 244 günlük müdafiəçi Xose Pintonun rekordunu yeniləyib. Sonuncu 38 yaş 190 günlüyündə rəsmi matça çıxıb.