Alveşə ölkəsindən dəstək

Alveşə ölkəsindən dəstək

Azadlığa buraxılan Dani Alveşin 1 milyon avroluq girovu kimin ödədiyi bəlli olub. Bunu onun ölkəsində dərc edilən jurnallardan biri həyata keçirib.

Adı qeyd olunmayan jurnalın bu addımı atmaqda məqsədi Alveşdən yaxın günlərdə geniş müsahibə almaq istəyi olub. Razılığa əsasən, braziliyalı həbsxanada yaşadığı bütün maraqlı anlar haqqında danışacaq.

Qeyd edək ki, fevralın 22-də Alveş cinsi təcavüzdə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl onun üçün 1 milyon avroluq girovu Neymar və Memfis Depayın ödədiyi də deyilirdi.

ETOPAZ

Əvvəlki yazı

İsmayıl İbrahimlidən yubiley

Növbəti yazı

Neymar “Santos” yolunda