Alvarez Premyer Liqa yolunda

Alvarez Premyer Liqa yolunda

“Atletiko”nun hücumçusu Xulian Alvarez komandanı tərk edə bilər. Onun İngiltərə Premyer Liqasına qayıtmaq ehtimalı yaranıb.

“Mançester Yunayted” argentinalı futbolçu ilə maraqlanır. “Qırmızı şeytanlar” hücumçunu əsas transfer hədəfi kimi müəyyən ediblər. “Yunayted” rəhbərliyi Alvarezi kluba qoşulmağa razı salmaq üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir.

Xulian Alvarez 2024-cü ilin yayında “Mançester Siti”dən 75 milyon avroya “Atletiko Madrid”ə keçib.

ETOPAZ

Əvvəlki yazı

Benzema “Beşiktaş”ın hədəfində

Növbəti yazı

”Sabah”dan inamlı qələbə