Alvarez “Çelsi”nin hədəfində
“Atletiko”nun futbolçusu Xulian Alvarez komandanı tərk etməyə yaxındır. O, İngiltərə klubuna keçə bilər.
“Çelsi” argentinalının xidmətində maraqlıdır. “Zadəganlar” 25 yaşlı futbolçu üçün klubunun istədiyi məbləği ödəməyə hazırdır.
PSJ-nin də transfer siyahısında yer alan Alvarezin “Atletiko” ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.












