Altı qollu heç-heçə

Altı qollu heç-heçə

DÇ-2022-də 9-cu oyun gününə start verilib. Qrup mərhələsinin II turunun son günü Kamerun – Serbiya matçı ilə başlayıb.


G qrupunun autsayderlərinin duelində qalib müəyyənləşməyib. Məhsuldar keçən görüşdə hərəyə 3 qol vuran komandalar 1 xalla kifayətlənib – 3:3.


Afrika təmsilçisinin qollarına Jan-Şarl Kastelletto, Vinsent Abubakar və Erik Maksim Çupo-Motinq imza atıb. Balkanlıların heyətində Strahinya Pavloviç, Sergey Milinkoviç-Saviç və Aleksandar Mitroviç fərqlənib.


Bu nəticədən sonra Kamerunla Serbiya ilk xalını qazanıb. G qrupuna hərəyə ç xal toplayan Braziliya və İsveçrə liderlik edir.


Qeyd edək ki, qrupda turun digər matçında Braziliya və İsveçrə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 29.11.2022

Növbəti yazı

Qanadan çətin qələbə