Altı ay oynamayacaq
“Yuventus”un futbolçusu Federiko Kyezanın durumuna aydınlıq gəlib. Dizindən zədələnən futbolçu əməliyyat olunacaq.
Cərrahi müdaxilə yaxın günlərdə reallaşacaq. 24 yaşlı italiyalının bərpa prosesi təxminən 6 ay çəkəcək. Kyezanın meydana yarım ildən tez qayıtması gözlənilmir. O, cari mövsümdə 18 oyuna çıxan Federiko 4 qol vurub.