Alonsodan tarixi göstərici
“Bayer” uğurlu çıxışını davam etdirir. Klub “Frayburq”u da məğlub edib – 2:1.
Leverkuzen təmsilçisi çempionatda ardıcıl 8-ci qələbəsini qazanıb. Komandanın baş məşqçisi Xabi Alonso “Bayer” Bundesliqaya yüksəldikdən sonra (1979-cu il) belə nəticə əldə edən ilk məşqçi olub. O, Klaus Topmellerin 2001-ci ildəki və özünün ötən mövsümkü rekordunu (7 ardıcıl qələbə) qırıb.