Alonsodan növbəti rekord

Alonsodan növbəti rekord

Xabi Alonso Bundesliqada səfər oyunlarında rekord məğlubiyyətsiz seriyaya imza atıb. İspaniyalının rəhbərlik etdiyi “Bayer” 23-cü turun matçında “Holşteyn”ə qalib gəlib (2:0).

Bununla Leverkuzen klubunun Alonso ilə Almaniya çempionatı çərçivəsində rəqib meydanlarında məğlubiyyətsiz oyunlarının sayı 28-ə çatıb. “Bayer” səfərdə sonuncu dəfə 2023-cü il mayın 27-də – Bundesliqanın 2022/23-cü il mövsümünün axırıncı turunda “Boxum”a uduzub (0:3).

Alonso 1985-1992-ci illər arasında “Bavariya” və “Köln” komandaları ilə səfərdə ardıcıl 27 oyunda məğlub olmayan Udo Lattekin nailiyyətini yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

Van Daykdan “Liverpul” qərarı

Növbəti yazı

“Zirə” – “Kəpəz” matçı təxirə salındı