Alonso rəsmən “Real”da
Xabi Alonso “Real”ın yeni baş məşqçisi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı ispan mütəxəssislə müqavilə imzalanıb. O, komandanı 2028-ci ilin yayına qədər çalışdıracaq. Sözləşmə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından “Bayer”in baş məşqçisi vəzifəsində çalışıb. Leverkuzen təmsilçisi Alonsonun rəhbərliyi altında ötən il Almaniya çempionu olub.