Alonso çərşənbə günü məhkəməyə çıxacaq
Xabi Alonsonun durumuna aydınlıq gəlib. O, çərşənbə günü İspaniya Ali Məhkəməsinə çıxacaq.
“Bayer”in baş məşqçisinin bəraət hökmündən (dinləmə qapalı keçiriləcək) şikayətinə baxılacaq. İspaniyalı vergi fırıldaqçılığından ittiham olunur.
Söhbət Alonsonun “Real”da çıxış etdiyi dövrdən (2010-2012) gedir. Prokurorlar onun təxminən 2 milyon avro məbləğində vergidən yayındığını iddia edir.