Alonso “Bayer”də qalacaq
“Bayer”in baş məşqçisi Xabi Alonsonun taleyinə aydınlıq gəlib. İspaniyalı mütəxəssis Almaniya klubunu tərk etməyəcək.
Alonso ən azı 2025-ci ilin yayına qədər Leverkuzen təmsilçisini çalışdıracaq. Onun 2026-cl ilin yayına qədər nəzərdə tutulan müqaviləsində sərbəstqalma məbləği də göstəriləcək.
Qeyd edək ki, Bundesliqanın liderinin baş məşqçisinin xidmətində “Bavariya” və digər Avropa klubları maraqlıdır.