Almeyda daha 1 il Ağdam klubunda
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib. Klubla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, komanda ilə 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.