Almeyda “50”yə çatdı

Almeyda “50”yə çatdı

Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Premyer Liqanın I turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan təmsilçisi Çempionlar Liqasında

Növbəti yazı

“Turan”dan “Turan Tovuz”a qədər: 64-cü legioner