Almaniyadan Fliklə rekord
Almaniya yığması DÇ-2022-nin seçmə mərhələsində İslandiya üzərində 4:0 hesablı qələbə qazanıb. Bununla da baş məşqçi Hans-Diter Flik millinin tarixinə düşüb. O, Bundestimlə ilk üç matçında quru hesablı qələbə qazanan ikinci çalışdırıcıdır. Almanlar Flikin rəhbərliyi altında seçmə mərhələdə Lixtenşteyn (2:0) və Ermənistanı (6:0) da qol buraxmadan məğlub edib. Flikdən əvvəl ilk üç görüşdə qalibiyyətə sevinən ilk çalışdırıcı 2006-2021-ci illərdə yığmaya başçılıq edən Yoahim Löv olub.
Xatırladaq ki, Almaniya yığması 6 turdan sonra 15 xalla J qrupuna başçılıq edir. Bundestim növbəti turda oktyabrın 8-də Rumıniya ilə qarşılaşacaq.