Almaniya yığmasının 5 futbolçusu karantində
Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin noyabr oyunları ərəfəsində xoşagəlməz halla üzləşib. Bundestimin 5 futbolçusu karantinə alınıb.
Buna səbəb onların koronavirusa yoluxan komanda yoldaşları ilə sıx təmasda olmasıdır. Bu oyunçuların adları rəsmən açıqlanmasa da, Niklas Züle və Yozua Kimmixin testi müsbət nəticələnən futbolçular arasında olduğu iddia edilir.
Komandanın digər üzvlərinin testləri mənfi nəticələnib. Onlar qarşıdakı matçların hazırlığını davam etdirir.
Xatırladaq ki, DÇ-2022-yə vəsiqəni təmin edən Almaniya millisi noyabrın 11-də Lixtenşteyn, üç gün sonra Ermənistanla qarşılaşacaq.