Almaniya yığmasında yeni rekordçu
Niklas Fulkruq Almaniya millisində XXI əsrin rekorduna imza atıb. O, yığmadakı ilk 6 oyunda 6 qol vurmağı bacaran yeganə futbolçu olub.
Hücumçu Belçika ilə yoldaşlıq oyununda fərqlənib. O, 44-cü dəqiqədə penaltidən dəqiq olub.
Qeyd edək ki, Bundestim bu qarşılaşmada 2:3 hesabı ilə uduzub.