Almaniya və İsveçrə 1/8 finalda
AVRO-2024-də III tura start verilib. İlk oyun günündə A qrupunun 2 matçı baş tutub.
Almaniya İsveçrə ilə qarşılaşıb. Görüşdə hesabı isveçrəlilər açıb. Dan Ndoy fərqlənib. Lakin meydan sahibləri qarşılaşmanın son dəqiqəsində məğlubiyyətdən qaçmağı bacarıb. Niklas Füllkruq hesabı bərabərləşdirib – 1:1.
Qrupun digər matçında Şotlandiya Macarıstanla üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada hesab son dəqiqədə açılıb. Kevin Çobot macarlara qələbə qazandırıb – 1:0.
Bununla da, Almaniya və İsveçrə pley-off mərhələsinə yüksəlib. Macarıstan qələbə ilə 1/8 final şanslarını qoruyub. Şotlandiya isə turnirlə vidalaşıb.