Almaniya tarixində ilk dəfə dünya çempionu oldu
Basketbol üzrə dünya çempionatına yekun vurulub. Final görüşündə Almaniya Serbiya ilə qarşılaşıb.
Görüş almanların 83:77 hesablı qələbəsi ilə nəticələnib. Bununla da, Almaniya tarixində ilk dəfə dünya çempionu adına yiyələnib.
3-cü yer uğrunda matçda isə Kanada ABŞ ilə qarşılaşıb. Görüş Kanadanın qələbəsi ilə nətiəcələnib – 127:118.