Almaniya klublarından qələbə
Avropa Liqasının yarımfinal mərhələsinə start verilib. Turun ilk görüşlərində “Leypsiq” “Reyncers”ı, “Vest Hem” “Ayntraxt”ı qəbul edib.
“Leypsiq” “Reyncers” matçının taleyini bir qol həll edib. 85-ci dəqiqədə Ancelino meydan sahiblərinə qələbə gətirən topu vurub.
Digər oyun İngiltərədə baş tutub. “Ayntraxt” “Vest Hem”in qonağı olub. Qarşılaşmada hesab erkən açılıb. 1-ci dəqiqədə Ansqar Knauff almanları hesabda önə çıxarıb. Meydan sahiblərinin cavabı 21-ci dəqiqədə gəlib. Maykl Antonio hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni Dayçi Kamada qoyub. O, 54-cü dəqiqədə vurduğu qolla qonaqlara qələbə qazandırıb.
Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.