Almaniya klubları britaniyalılarla üz-üzə
Avropa Liqasında yarımfinal cütləri müəyyənləşib. 1/4 finalın cavab oyunlarından sonra kubok uğrunda mübarizəni davam etdirəcək 4 komanda bəlli olub.
Bu raundda Almaniya klubları Böyük Britaniya təmsilçiləri ilə duelə çıxacaq. “Leypsiq” – “Reyncers” və “Vest Hem” – “Ayntraxt” cütləri görüşəcək.
Yarımfinalın ilk oyunları aprelin 28-də, cavab görüşləri mayın 5-də baş tutacaq. Final isə mayın 18-də keçiriləcək.