Almaniya bürünc medalçı oldu
Basketbol üzrə Avropa çempionatının üçüncülük oyunu keçirilib. Bürünc medal uğrunda qarşılaşmada Almaniya Polşa ilə üz-üzə gəlib.
Meydan sahibi almanlar qələbə qazanaraq (82:69) üçüncü yerin sahibi olub. Görüşün ən məhsuldar oyunçusu adına 26 xal və 6 assistlə Dennis Şröder layiq görülüb.