Alleqriyə 70 milyonluq təklif
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni təklif alıb. 55 yaşlı italiyalı mütəxəssis “Əl-Hilal”ın hədəfindədir.
Səudiyyə Ərəbistanı təmsilçisi ona 3 il üçün 70 milyon avro təklif edib. Alleqri təklifi qəbul etsə, hər mövsüm 20 milyon, müqavilə imzaladığı üçün 10 milyon alacaq.
Alleqri “Yuventus”da ilə 7 milyon qazanır. O, asiyalıların təklifini nəzərdən keçirir.
Qeyd edək ki, “Yuventus” ötən mövsüm A seriyasında 7-ci yeri tutub.