Alleqri üçün növbəti mükafat
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub. Bu ada “Milan”ın italiyalı mütəxəssisi Massimiliano Alleqri layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı baş məşqçinin rəhbərlik etdiyi komanda ötən ay çıxış etdiyi 4 rəsmi matçda 3 qələbə və 1 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, Alleqri mövsümün əvvəlində “Milan”ın sükanı arxasına keçib.










