Alleqri cəzalandı

Alleqri cəzalandı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb. Buna təcrübəli mütəxəssisin İtaliya A seriyasının XX turunda “Napoli” ilə oyundan (1:1) sonra baş hakimin ünvanına nalayiq ifadə işlətməsi səbəb olub.

Alleqri bu hərəkətinə görə 1 matçlıq diskvalifikasiya edilib. O, “Roma” ilə növbəti turun sabahkı qarşılaşmasında texniki zonadakı yerini ala bilməyəcək.

Mütəxəssis eyni zamanda 10 min avro cərimələnib. Turin klubu ehtiyat oyunçular skamyasında əyləşənlərin davranışına görə, əlavə 10 min avro cərimə də ödəməli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Dieqo Kosta klubsuz qaldı

Növbəti yazı

Messi “Lion”a qarşı oynamayacaq