Allenin rekordu təkrarlandı

Allenin rekordu təkrarlandı

“Miluoki”nin “Leykers”lə oyunu Kris Middltonun meydana qayıdışı ilə əlamətdar olub. Koronavrusa yoluxduğu üçün 8 matç buraxan hücumçunun qayıdışı “Baks” üçün uğurlu olub. Kris 109:102 hesablı qələbəyə 16 xal, 5 ribaund və 6 ötürmə ilə töhfə verib.

Onun iki üçxallıq atışı dəqiq olub. Bununla da Middlton klub tarixinin rekordunu təkrarlayıb. O, “Baks”ın forması ilə 1051 üçxallıq atış müəllifi olan Rey Allenə çatıb. Karyerası ərzində 2973 belə zərbəsi dəqiq olan Allen NBA tarixinin rekordçusudur.

e-Topaz

Əvvəlki yazı

Poqba ili bitirdi

Növbəti yazı

“Milan” İbrahimoviçlə müqaviləni uzadır