“Alkmaar”dan səfər qələbəsi
Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib. Bu gün 1 qarşılaşma baş tutub.
“Latsio” “Alkmaar”ı qəbul edib. Görüşə italiyalılar fəal başlayıb. Hesab 18-ci dəqiqədə açılıb. Pedro romalıları önə çıxarıb. Niderlandlılar hissənin sonlarında bərabərlik topunu vurub. Vangelis Pavlidis fərqlənib. Qonaqlar ikinci yarıda hesabda önə keçib. Miloş Kerkez komandasına qələbə qazandıran qolu vurub – 2:1.
Qeyd edək ki, “Alkmaar” – “Latsio” matçı martın 17-də keçiriləcək.