Alkarasın rəqibindən imtina
Karlos Alkaras “Australian Open — 2024”də növbəti qələbəsini qazanıb. Dünyanın ikinci raketkası 4-cü mərhələyə yüksəlib.
İspan tennisçi rəqibinin oyunu davam etdirməkdən imtinası sayəsində qalib olub. O, 3-cü mərhələdə çinli Tszyunçen Şanla görüşüb.
Alkaras ilk iki setdə qələbə qazanıb – 6:1, 6:1. Üçüncü hissədə da Karlos 1:0 hesabı ilə önə keçib. Bundan sonra dünyanın 140-cı raketkası oyunu davam etdirməkdən imtina edib.