Alkarasdan yüksəliş, Ruud 3 pillə gerilədi

Alkarasdan yüksəliş, Ruud 3 pillə gerilədi

ATP-nin reytinq siyahısı açıqlanıb. İlk 3-lükdə dəyişiklik baş verməyib.

Novak Cokoviç siyahıya başçılıq etməyə davam edir. Onu Daniil Medvedev və Aleksander Zverev izləyir.

Karlos Alkaras isə dünyanın altıncı raketkası olub. Madriddə keçirilən “Masters”in 19 yaşlı çempionu reytinqdə üç pillə yüksəlib.

Andrey Rublev bir pillə irəliləyərək 7-ci olub. Kasper Ruud geriləyərək isə ilk 10-luğun sonuncusu olub.

1 (1). Novak Cokoviç (Serbiya) – 8260
2 (2). Daniil Medvedev (Rusiya) – 7990
3 (3). Aleksander Zverev (Almaniya) – 7020
4 (4). Rafael Nadal (İspaniya) – 6435
5 (5). Stefanos Tsitsipas (Yunanıstan) – 5750
6 (9). Karlos Alkaras (İspaniya) – 4773
7 (8). Andrey Rublev (Rusiya) – 4115
8 (6). Matteo Berrettini (İtaliya) – 3895
9 (10). Feliks Oje-Alyassim (Kanada) – 3760
10 (7). Kasper Ruud (Norveç) – 3760

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin 3 futbolçusu mövsümü bitirdi

Növbəti yazı

Şventek zirvədə, Jaber 7-ci oldu