Alkarasa üç təhlükə

Alkarasa üç təhlükə

“Australian Open” kişilərin dünya reytinqinə lider dəyişikliyinə səbəb ola bilər. ATP cədvəlinin zirvəsində qərarlaşan Karlos Alkaras mövqeyini əldən vermək təhlükəsi ilə üzləşib.

Onun qərarlaşdığı birinci pilləyə üç tennisçi yüksələ bilər. Novak Cokoviç və Stefanos Tsitsipas turnirin qalibi olsa, reytinqin liderinə çevriləcək.

Kasper Ruud təkcə çempionluq deyil, finala vəsiqə ilə də 1-ci yerə yüksəlmək imkanına malikdir. Amma bunun üçün həlledici görüşdə Cokoviç və ya Tsitsipasa uduzmamalıdır.

Digər variantlarda isə ispaniyalı zirvədə qalacaq. Karlos zədə üzündən turniri buraxır.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ı dayandıran tapıdl

Növbəti yazı

Kirios klub aldı