Alkaras zirvədə qaldı, Rune “Top-10”da
Kişi tennisçilərin dünya reytinqi açıqlanıb. ATP-nin cədvəlinə Karlos Alkaras başçılıq edir.
Stefanos Tsitsipas “Top-3”ə qayıdıb. Holqer Rune isə “Top-10”a yüksəlib. Aleksandr Zverev 2015-ci ildən sonra ilk dəfə “onluğ”u tərk edib.
1 (1) Karlos Alkaras (İspaniya) 6820
2 (2) Rafael Nadal (İspaniya) 5820
3 (5) Stefanos Tsitsipas (Yunanıstan) 5350
4 (4) Kasper Ruud (Norveç) 5020
5 (3) Daniil Medvedev (Rusiya) 4065
6 (8) Feliks Oje-Alyassim (Kanada) 3995
7 (9) Andrey Rublyov (Rusiya) 3530
8 (7) Novak Cokoviç (Serbiya) 3320
9 (11) Teylor Frits (ABŞ) 2955
10 (18) Holqer Rune (Danimarka) 2911