Alkaras “Top-10”da
Dünyanın 11-ci raketkası Karlos Alkaras Barselonadakı turnirin yarımfinalına yüksəlib. O, 1/4 finalda Stefanos Tsitsipasa qalib gəlib – 6:4, 5:7, 6:2.
Karlos “Top-5”dəki rəqiblərlə 7-ci qarşılaşmada 3-cü dəfə qələbə qazanıb. Bu qələbə onu “Top-10”a daşıyıb. Alkaras “onluq”da debüt edəcək.
İspaniyalı tennisçi bu il 24 matçda 21 qələbə qazanıb. O, Rio və Mayamidə titul sahibi olub.