Alkaras Monte-Karlodan kənarda qaldı
Karlos Alkaras Monte-Karlo turnirindən imtina edib. Dünyanın 3-cü raketka ustası sağ çiynindəki ağrılar üzündən belə addım atıb.
O, qərarı ilə bağlı sosial şəbəkədə paylaşım edib: “Monte-Karloda son anadək çiynimdəki zədənin bərpasına çalışdım. Amma oynamağım mümkün olmadı. Bu yarışı səbirsizliklə gözləyirdim. Növbəti ildə görüşənədək”.
Qeyd edək ki, Monte Karlo Masters turniri dünən start götürüb. Alkaras 2-ci mərhələdə kanadalı Feliks Oje-Alyassimlə qarşılaşmalı idi.