Alkaras ilk dəfə yarımfinalda

Alkaras ilk dəfə yarımfinalda

İndia-Uellsdə keçirilən “Masters” yarışında 18 yaşlı Karlos Alkaras ötənilki çempion Kemeron Norriyə qalib gələrək (6:4, 6:3) yarımfinala yüksəlib. İspaniyalı tennisçi ilk dəfə “Masters”də yarımfinala çıxıb.

Alkaras 17 yaşlı Andre Aqassinin yarımfinala çıxdığı 1988-ci ildən bəri İndian-Uellsin ən gənc yarımfinalçısı olub. Bu nəticəyə görə Alkaras ilk 15-liyə daxil olacaq.

Qeyd edək ki, o, finala vəsiqə uğrunda Rafael Nadalla qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi

Növbəti yazı

Avropa Liqasında mövsümün son püşkü atıldı