Alkantara zədələndi
“Liverpul” yarımmüdafiəçisi Tyaqo Alkantaranın xidmətindən məhrum olub. İspaniyalı futbolçu Premyer Liqanın I turunun “Fulhem”lə görüşündə zədələnib.
Alkantara 6 həftə meydanlardan kənar qalacaq. Bu da onun Premyer Liqanın növbəti altı turunu buraxması deməkdir. Onun zədələndiyi qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Qeyd edək ki, Tyaqo ötən mövsüm 39 matçda forma geyinib. O, bu görüşlərdə 2 qola imza atıb.