Aleksis “İnter”ə döndü
Çili millisinin futbolçusu Aleksis Sançesin “İnter”ə keçidi rəsmiləşib. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Hücumçu Milan təmsilçisinə azad agent statusu ilə keçib. “Marsel”lə müqaviləsi bitdikdən sonra klubsuz olan Aleksis “İnter”lə 1 illik anlaşma imzalayıb.
Sançes 2019-22-ci illərdə də Milan təmsilçisində forma geyinib. O, “İnter”də 109 matç keçirib.