Aleksey İsayev “Qarabağ”da
“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
“Qarabağ” “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
Azərbaycan çempionunun yeni transferi 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. Yarımmüdafiəçi 2021-ci ildən Azərbaycan millisinə çağırılır. O, yığmada keçirdiyi 20 oyunda 1 qol vurub.