Aleks məğlubiyyət seriyasına son qoydu
Avstraliyalı tennisçi Aleks Minaur “Top-10”dakı rəqiblərlə oyunlarda üzləşdiyi uğursuz seriyaya son qoyub. 22 yaşlı idmançı ATP kubokunda uğur qazanıb.
O, dünyanın 7-ci raketkası Matteo Berrettiniyə qalib gəlib. Aleks rəqibini iki setdə üstələyib – 6:3, 7:6.
Bu, de Minaurun karyerasında “Top-10” oyunçuları üzərində 27 oyunda 5-ci qələbəsidir. Avstraliyalı son 9 belə görüşdə uduzmuşdu. Maraqlıdır ki, Aleksin son qələbəsi də ATP kubokunda və həmin vaxt 7-ci raketka üzərində qazanılıb. O, iki il öncə Aleksandr Zverevi üstələyib.