Aleks De Souza Türkiyəyə qayıtdı
“Antalyaspor”un yeni baş məşqçisi bəlli olub. Klub Aleks De Souza ilə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı mütəxəssisin sözləşməsi 2 illikdir. Aleks daha əvvəl “San Paulu”nun U-20 komandasında və “Avai”də (Braziliya) çalışıb.