Albert Riera “Ayntraxt”da
Almaniya Bundesliqası təmsilçisi “Ayntraxt”ın yeni baş məşqçisi bəlli olub. Komandaya Albert Riera rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Riera son olaraq Sloveniya təmsilçisi “Selye”yə rəhbərlik edib.












