Albaya iki müştəri
“Barselona”nın futbolçusu Jordi Alba karyerasını İtaliyada davam etdirə bilər. İspaniya klubu yayda müdafiəçi ilə vidalaşacaq.
Barselonalılar müqaviləsi olan oyunçunu pulsuz buraxmağa razılıq verib. La Liqa təmsilçisi bununla da maaş xərclərini azaltmaq fikrindədir.
Albanın xidmətində İtaliya klubları maraqlıdır. “İnter”lə “Yuventus” onu heyətində görmək istəyir.