Albaniya da Rusiya ilə oynamaqdan imtina etdi
Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib. Ölkənin xarici işlər naziri Olta Caçkanın verdiyi açıqlamada iyunda planlaşdırılan matç daxil olmaqla, Rusiyaya qarşı bütün idman qarşılaşmalarının ləğv olunacağını bildirib.
Xatırladaq ki, bu komandalar B Liqasının II qrupunda mübarizə aparacaqlar. Rusiya ilk turda iyunun 2-də səfərdə Albaniya ilə üz-üzə gəlməlidir.